RU

İndi də Makron sıraya girdi: o da Putinlə telefonla danışmaq istəyir

Fransa prezidenti Emmanuel Makron, BFMTV telekanalına verdiyi açıqlamada, Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığını istisna etmədiyini bildirib.

Musavat.com xəbər verir ki, Makron "uyğun şərtlər və vəziyyətlər yarandıqda” belə bir danışığın mümkün ola biləcəyini qeyd edib.

Xatırlatmaq lazımdır ki, Almaniya Kansleri Olaf Şolts da yaxın günlərdə Putinlə telefon danışığı aparıb. Beləliklə, ABŞ seçkilərindən sonra Avropa liderləri arasında Rusiya ilə dialoqun bərpasına dair təşəbbüslər artmaqdadır.

 

Musavat.com

Избранный
63
50
musavat.com

10Источники