RU

“Spotify”ın gəliri 19% artıb

Müəllif: Ayşən İmanova, Banco.az

Eyni adlı musiqi striminq xidmətini idarə edən İsveçin “Spotify Technology” şirkətinin gəliri ötən ilin eyni dövrü ilə müqayisədə 19% artaraq 4 milyard avro təşkil edib.

Banco.az xəbər verir ki, bu barədə şirkətin hesabatında deyilir.

Bildirilir ki, üçüncü rübün sonunda platforma istifadəçilərinin ümumi sayı (ən azı ayda bir dəfə istifadə edilən aktiv hesablar, MAU) bir il əvvəllə müqayisədə 11% artaraq 640 milyona çatıb. “Spotify”ın ödənişli abunəçilərinin sayı 12% artaraq 252 milyona çatıb.

İyuldan sentyabr ayına qədər olan dövrdə şirkətin əməliyyat mənfəəti tarixi rekorda - 454 milyon avroya çatıb, ümumi marja isə 31,1% təşkil edib.

“Spotify”ın mətbuata açıqlamasında, şirkətin ili ilk dəfə mənfəətlə başa vurmağı planlaşdırdığı vurğulanıb.

Ən sərfəli kredit üçün müraciət et

Избранный
16
banco.az

1Источники