RU

Zəfəran yığımına start verildi

Fins.az - Azərbaycanda zəfəran yığım mövsümü başlayıb.

Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun təcrübə sahələrində yetişdirilən zəfəranın yığımı artıq həyata keçirilir. Bu barədə Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Nazirliyin məlumatına əsasən, təcrübə sahələrində aparılan əsas məqsəd zəfəran toxumçuluğunun genişləndirilməsi və yeni sortların araşdırılmasıdır. Təcrübi əkinlərdə müxtəlif zəfəran növləri əkilib və bu növlərin məhsuldarlığı, xəstəliklərə davamlılığı və dad xüsusiyyətləri tədqiq edilir.

Dövlət zəfəran istehsalını dəstəkləməkdə davam edir. Aqrar Subsidiya Şurasının qərarına əsasən, 2025-ci təsərrüfat ilində zəfəran əkinlərinin hər hektarına görə fermerlərə 440 manat məbləğində subsidiya ayrılacaq.

Bu təşəbbüs zəfəranın ölkədə daha geniş miqyasda istehsal olunmasına, keyfiyyətli məhsulun artırılmasına və aqrar sektorda iqtisadi səmərəliliyin yüksəlməsinə təkan verəcək.

Избранный
29
fins.az

1Источники