RU

KXDR yenidən Cənubi Koreyaya zibil şarları buraxıb

KXDR ərazisindən yenidən Koreya Respublikasına içində zibil olan şarlar buraxılıb.

Tribunainfo.az-ın məlumatına görə, bu barədə Seul rəsmiləri xəbər verib.

“KXDR cənuba doğru zibil balonları buraxır”, – Seul meriyasından bildirilib. Rəsmilər düşən əşyalarla davranarkən ehtiyatlı olmağa çağırıb.

Qeyd edək ki, bu, mayın sonundan 31-ci belə aksiyadır. Sonuncu dəfə səmada zibil topları oktyabrın 24-də peyda olub.

Избранный
46
4
tribunainfo.az

10Источники