RU

Azərbaycanda bu ərzaq məhsulları UCUZLAŞDI - SİYAHI

2024-cü ilin oktyabrında meyvələr əvvəlki aya nisbətən 4,8 faiz ucuzlaşıb.

 

Sfera.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, oktyabrda ərzaq məhsullarından yalnız meyvələrin qiymətində azalma qeydə alınıb.

 

Daha çox limon, naringin, alma, heyva, nar, kivi, üzüm dəyər itirib.

 

Məhz meyvələrin qiymətində azalma hesabına ötən ay ərzaq qiymətlərində ümumən ciddi artım baş verməyib. Əgər meyvələrin də qiyməti digər ərzaq malları kimi artsaydı, oktyabrda ərzaq mallarında ciddi bahalaşma baş verəcəkdi.

 

Xatırladaq ki, oktyabrda meyvələrin qiymət səviyyəsinin azalmasına 2023-cü ildə də rast gəlinib. Amma ötən il ucuzlaşma builki qədər böyük olmayıb. Ötən ilin oktyabrında meyvələrdə ucuzlaşma 2,4 faiz idi.

 

Vasif

Sfera.az

 

 

Избранный
8
sfera.az

1Источники