RU

Faith Terim Rəşad Sadıqova “Sadıq” dedi, o da… MARAQLI VİDEO

Xəbər verdiyimiz kimi, Türkiyə millisinin sabiq baş məşqçisi Fatih Terim Bakıda keçirilən COP29 beynəlxalq konfransı çərçivəsində “Qarabağ” Futbol Klubun təşkil etdiyi tədbirdə iştirak edib.

Sportinfo.az xəbər verir ki, Fatih Terim çıxışı zamanı tədbidə iştirak edən “Zirə”nin baş məşqçisi Rəşad Sadıqovu salamlayıb.

Terim Rəşadın Türkiyədə futbolçu kimi çıxış etdiyini, hazırda isə onun həmkarı olduğunu xatırladıb. Sadlqovu salamlayan Terim bu zaman ona “Sadıq” deyə xitab edib.

R.Sadıqov isə özünün İnstaqram səhifəsində onunla bağlı Terimin çıxışının videosunu paylaşıb.

Bu zaman o, “İmperator” sözlərini qeyd edib. Terimin “Sadıq” sözləri haqda isə yazıb: “Türkiyədə məşqçilər və futbolçular məni çox vaxt Sadıq deyə çağırırdı”.

Избранный
19
sportinfo.az

1Источники