RU

COP29-un Azərbaycanda keçirilməsi ölkəmiz açısından böyük hadisədir



COP29-un Azərbaycanda keçirilməsi ölkəmiz açısından böyük hadisədir. Bu dünya miqyaslı tədbirin ölkəmiz üçün siyasi, iqtisadi və ekoloji əhəmiyyəti böyükdür.Bildiyiniz kimi COP29 müzakirələri zamanı da eynilə əvvəlki COP-larda olduğu kimi mühüm qərarlar qəbul edilir və qəbul edilən qərarların necə həyata keçiriləcəyi haqda yol xəritələri hazırlanır. Bütün proseslərdə ölkəmizin mütəxəssisləri iştirak edir və bu təcrübə baxımından çox əhəmiyyətlidir. COP29 gələcəkdə ölkəmiz açısından ekoloji əhəmiyyətli addımların atılması istiqamətində mühüm rol oynaya bilər və ümumiyyətlə beynəlxalq tədbirlərin ölkəmizdə həyata keçirilməsi istiqamətində də mükəmməl təcrübə bazası hesab olunmalıdır. COP29, xalqımızın zəngin mədəniyyəti və tarixini tanıtmaq imkanı baxımından çox böyük rol oynayır və həmçinin dünya ictimaiyyətinə Azərbaycanı,onun adət və ənənələrini, bir sözlə ifadə etsək Azərbaycanın irsini tanıtdı, desək daha doğru olar. Bu böyük tədbirin bütün sahələrdə ölkəmizə əhəmiyyəti var və bundan sonrakı dövrlərdə də öz təsirini göstərəcəkdir.Bu həmçinin vətəndaşların rifah halının yüksəlməsi və ölkəmizin hüquq bazasının gücləndirilməsi və siyasi həyatında mühüm rol oynayacaq.COP29-un yol xəritəsi ölkəmizdə turizm və kənd təsərrüfatı sahələrinin inkişafına təkan verəcək və investisiya və texnologiyaların cəlb olunmasına imkan verəcək. Ölkəmizin beynəlxalq aləmdə nüfuzunu yüksəldəcək və diplomatik əlaqələrimizin inkişafına müsbət təsir göstərəcək. Ümumi olaraq qeyd etmək lazımdır ki, dünyanın bütün elm adamları və liderlərinin ölkəmizdə toplanması, müzakirələr aparması və dünya üçün hansısa qərarlar qəbul etmələri,o cümlədən bütün bunların Azərbaycanda baş verməsi bizim doğru yolda olduğumuzu göstərir və COP29 Azərbaycan üçün yalnız faydalı hesab etmək lazımdır.

Çingiz Şahbazi
Избранный
12
newscenter.az

1Источники