RU

2025-ci ildə minimum pensiyanın neçə manat olacağı məlum oldu

Gələn il Azərbaycanda minimum pensiya məbləğinin 280 manat olacağı nəzərdə tutulur.

Bu, “Hesablama Palatasının Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə rəyində əksini tapıb.

Başqa sözlə, 2025-ci il üzrə proqnozlara əsasən, minimum pensiya məbləğinin minimum əməkhaqqı məbləğinə (400 manat) nisbətinin 70 faiz olacağı nəzərdə tutulur.

Qeyd edək ki, hazırda Azərbaycanda minimum pensiya məbləği 270 manatdır.

minimum pensiya
Избранный
40
48
marja.az

10Источники