RU

Büdcədən təhsil xərclərinə ayrılacaq vəsait ARTIRILIR

2025-ci il üzrə Azərbaycanda təhsil xərclərinə 4 milyard 946 milyon manat vəsait ayrılması proqnozlaşdırılır.

KONKRET.az xəbər verir ki, bu, 2025-ci ilin dövlət büdcəsi zərfində əks olunub.

Bu da 2024-cü illə müqayisədə 395,7 milyon manat və ya 8,7 faiz çoxdur.

Həmin xərclərin ÜDM-də xüsusi çəkisi 3,8 faiz (2024-cü illə müqayisədə 0,1 faiz- bənd çox), dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi isə 12 faiz (2024-cü illə müqayisədə 0,6 faiz-bənd çox) təşkil edəcək.

Təhsil xərcləri üçün ayrılmış vəsaitin 2347,6 milyon manatı və ya 47,5 faizi ümumi təhsil xərclərinə, 750,7 milyon manatı və ya 15,2 faizi ali təhsil və dövlət sifarişi ilə ali təhsilin maliyyələşdirilməsinə, 467,4 milyon manatı və ya 9,4 faizi məktəbəqədər təhsil xərclərinə, 104,9 milyon manatı və ya 2,1 faizi orta ixtisas təhsili xərclərinə, 82,2 milyon manatı və ya 1,7 faizi peşə təhsili xərclərinə, 85,7 milyon manatı və ya 1,7 faizi məktəbdənkənar təhsil müəssisələrinin (idman məktəbləri və s.) xərclərinə, 28,3 milyon manatı və ya 0,6 faizi əlavə təhsil və tətbiqi tədqiqatlara, 1079,3 milyon manatı və ya 21,8 faizi təhsil sahəsində digər müəssisə və tədbirlərlə bağlı xərclərə yönəldilməsi üçün nəzərdə tutulub.

2024-cü illə müqayisədə ali təhsil və dövlət sifarişi ilə ali təhsilin maliyyələşdirilməsi xərcləri 147,8 milyon manat və ya 24,5 faiz, məktəbəqədər təhsil xərcləri 16,3 milyon manat və ya 3,6 faiz, orta ixtisas təhsili xərcləri 3,5 milyon manat və ya 3,4 faiz, peşə təhsili xərcləri 5,1 milyon manat və ya 6,6 faiz, əlavə təhsil xərcləri 0,1 milyon manat və ya 0,5 faiz, təhsil sahəsində digər müəssisə və tədbirlərlə bağlı xərclər 434,2 milyon manat və ya 52,3 faiz artıb.

Избранный
18
6
konkret.az

6Источники