RU

“Klubla onun transfer vərəqinin alinması ilə bağlı danışıq aparırıq” – Amil Yunanovun vəkili

Sentyabrın 17-də “Bülis”lə müqavilə bağlayan Amil Yunanov ayyarım sonra Albaniya klubundan ayrılaraq vətənə qayıtdı. Gedişi kimi dönüşü də gözlənilməz oldu. Bəs klubdakı maliyyə durumundan şikayətlənən 32 yaşlı futbolçunun belə dönüşü nə dərəcədə qanunidi? Axı istənilən futbolçu klub maliyyə öhdəliklərini üç ay ərzində yerinə yetirmədiyi təqdirdə ayrılmaq hüquq qazanır.

Göründüyü kimi, həmin müddət dolmayıb. İndi isə Yunanov “Bülis”dən transfer vərəqini istəyir. Məsələ hüquqi müstəvidə necə həll olunacaq?

Amilin vəkili Elcan Həsənliyə müraciət etdik. Onun “Football-plus.az”a dedikləri:

“Hazırda bu iş üzrə Amil Yunanovun hüquqlarıni müdafiə edirəm. Ona görə bu iş üzrə detalları, təəssüf ki, açıqlaya bilmərəm. Çünki hələ prosesin əvvəlidi. Klubla oyunçu arasında danışıqlar gedir. Yazışma aparırıq. Bunun necə yekunlaşacağını indidən demək çətindi. Hələ ki Yunanov burda - Bakıdadı. Klubla onun transfer vərəqinin alinması və müqavilənin qarşılıqlı razılıq əsasında ləğvi ilə bağlı danışıq aparırıq”.

RÖYANƏ OĞUZ
Избранный
17
1
football-plus.az

2Источники