RU

Trampın komandası Rusiyanın dərinliklərində atəşlə bağlı şərh verməkdən imtina edib

ABŞ-ın növbəti prezidenti Donald Trampın komandası ölkənin hazırkı prezidenti Co Baydenin Rusiya ərazisinə hücumlar üçün ATACMS uzaqmənzilli raketlərindən istifadəyə icazə verməsi barədə mətbuatda yayılan xəbərləri şərh etməkdən imtina edib. Onlar xatırladıblar ki, seçki kampaniyası zamanı Tramp Ukraynadakı münaqişəni həll etmək arzusunu bəyan edib.

“Prezident Tramp seçki kampaniyası zamanı dediyi kimi, sülh danışıqları üçün hər iki tərəfi bir araya gətirə və müharibəni bitirmək üçün çalışa biləcək yeganə şəxsdir” – deyə Tramp komandasının kommunikasiya direktoru Stiven Çunq CNN-ə bildirib.

Stiven Çunq ABŞ-ın seçilmiş prezidentinin hazırkı administrasiyadan qərar barədə bildiriş alıb-almadığına cavab verməyib. Bundan əvvəl Donald Trampın komandası TASS ilə söhbətində etiraf etmişdi ki, Rusiya ərazisini vurmaq üçün Amerikanın uzaqmənzilli raketlərindən istifadə etmək icazəsi Tramp vəzifəyə gəldikdən sonra yenidən nəzərdən keçirilə bilər.

Dünən, noyabrın 17-də “The New York Times” öz mənbələrinə istinadən yazıb ki, ABŞ prezidenti Co Bayden Ukrayna ordusuna Rusiya ərazisinə zərbələr endirmək üçün ATACMS uzaqmənzilli raketlərdən istifadə etməyə icazə verib. 

 

P.ƏMİRCANOV

XQ

 

 

Избранный
37
50
xalqqazeti.az

10Источники