“2025-ci ildə Azərbaycanda inflyasiyanın 5.8 faiz olacağı proqnozlaşdırılır.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Taleh Kazımov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə münasibət bildirərkən deyib.
T.Kazımov qeyd edib ki, gələn il manatın möhkəmlənməsi isə inflyasiyanı 2.1 faiz bəndi azaldacaq.