RU

Almaniya Azərbaycanın əsas altıncı ticarət tərəfdaşı olub - Yusif Abdullayev

Bakı. Trend:

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan ilə Almaniyaarasında ticarət mübadiləsinin dəyəri 1,1 mlrd. ABŞ dollarından çoxolub. Bununla da Almaniya Azərbaycanın əsas altıncı ticarəttərəfdaşı olub.

Trend xəbər verir ki, bubarədə AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev COP29çərçivəsində təşkil olunan “Yaşıl transformasiya” mövzusundaAlmaniya-Azərbaycan yüksək səviyyəli biznes dialoqunda deyib.

Onun sözlərinə görə, 1 oktyabr tarixinə Azərbaycanda 191Almaniya şirkəti aktiv fəaliyyət göstərib.

"1995-ci ildən 2024-cü ilin iyun ayına qədər AlmaniyadanAzərbaycana yatırılan investisiyaların həcmi 871 mln. ABŞ dollarınıüstələyib və bu sərmayələrin 94%-i qeyri-neft sektorunun payınadüşüb.

Öz növbəsində, Azərbaycan da Almaniyaya əhəmiyyətli sərmayələryatırıb və bu investisiyaların ümumi həcmi hesabat dövründə 592mln. ABŞ dolları təşkil edib".

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrəÇərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cusessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Избранный
26
az.trend.az

1Источники