RU

Kiçik ada dövlətləri iqlim dəyişikliyinə qarı mübarizə aparmaq üçün yetərli resurslara malik deyillər- ÖZƏL

"İqlim dəyişikliyi kiçik ada dövlətləri üçün ciddi bir təhdiddir, çünki bu ölkələr əsasən okeanlara yaxın ərazilərdə yerləşir və iqlim dəyişikliklərinin nəticələrindən ən çox təsirlənənlərdəndir. Dəniz səviyyəsinin yüksəlməsi, tropik fırtınalar və digər təbii fəlakətlər bu ölkələrin ərazisini daha da kiçildir, iqtisadiyyatlarına və həyat şəraitlərinə böyük ziyan vurur". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Məşhur Məmmədov deyib: "Bu vəziyyət, kiçik ada dövlətlərinin çoxu üçün mövcud olan həyat və inkişaf imkanlarını təhdid edir. Həmçinin, bu dövlətlərin əksəriyyəti coğrafi və iqtisadi baxımdan zəifdirlər və iqlim dəyişikliyinin təsirləri ilə mübarizə aparmaq üçün yetərli resurslara malik deyillər. Bu səbəbdən, onlar ətraf mühitin qorunması, davamlı inkişaf və iqlim dəyişikliyi ilə mübarizə məsələlərində beynəlxalq dəstəyə ehtiyac duyurlar. Azərbaycan kiçik ada dövlətlərinə özünün birmənalı dəstəyini nümayiş etdirir. Həmin ölkələrin üzləşdiyi çağırışların aradan qaldırılması COP29-da Azərbaycanın göstərdiyi səylərin əsasını təşkil edir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
30
olaylar.az

1Источники