RU

İspaniyada yüzlərlə ton kənd təsərrüfatı məhsulları məhv olub

Oktyabrın 29-da İspaniyanın şərq və cənub bölgələrini, xüsusən də Valensiyanı vuran sel fəlakəti 650 min ton kənd təsərrüfatı məhsulunu məhv edib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, İspaniya Kənd Təsərrüfatı Sığorta Təşkilatları Assosiasiyası leysan yağışların səbəb olduğu daşqın və fırtınaların kənd təsərrüfatı sektoruna tarixi ziyan vurduğunu açıqlayıb.

İspaniya Kənd Təsərrüfatı Sığorta Təşkilatları Assosiasiyası sel nəticəsində 25 min 500 hektar becərilən kənd təsərrüfatı sahəsinin zədələndiyini, 650 min ton ərzaq məhsulunun israf edildiyini və 10 mindən çox fermerin zərər çəkdiyini bildirib.

Açıqlamada zərərin 250 milyon avrosunun sığortalandığı açıqlanıb. Seldən ən çox zərər görən Valensiya bölgəsində Fermerlər Birliyinin verdiyi açıqlamada, ən böyük itkilərin "struktur" ərazilərdə yaşandığı və üzüm bağları və çiçək istixanaları xaricində olduğu qeyd edilib. Rayonda cəmləşən sitrus meyvələri də məhv edilib. Açıqlamada sığortasız fermerlərin itkiləri də daxil olmaqla 170 min hektar kənd təsərrüfatı sahəsinə ziyan dəydiyi və ümumi itkilərin 1 milyard avronu keçdiyi bildirilib.

Избранный
44
2
sia.az

5Источники