RU

Nazirlərimiz mətbuat qarşısında suallara cavab verdilər - FOTOLAR, VİDEO

COP29 çərçivəsində bu gün ilk mətbuat konfransı keçirilib.

İnsan inkişafı/Uşaqlar və Gənclər/Sağlamlıq/ Təhsil günündə mətbuat konfransı Elm və təhsil naziri Emin Əmrullayev, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev və səhiyyə naziri Teymur Musayevin iştirakı ilə keçirilib.

Musavat.com-un xəbərinə görə, elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, ekoloji savadlılığın artırılması üçün qiymətləndirmə aparılacaq:

"Biz PISA layihəsində ətraf mühit savadlılığının qiymətləndirilməsini inkişaf etdirmək üçün qiymətləndirmənin aparılması ilə bağlı təşəbbüs irəli sürmüşük. Ümid edirəm ki, ölkələr bu təşəbbüsə qoşulacaqlar".

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev isə qeyd edib ki, "Yaşıl iqtisadiyyat"a keçidin uğurla həyata keçirilməsi üçün insan kapitalının inkişafına yönəlmiş yanaşma olmalıdır.

"Keçid prosesi ədalətli və inklüziv bir mühitdə həyata keçirilməlidir. Təhsil müəasisələrində bu sahənin inkişafı ilə bağlı təbliğat aparılmalıdır. Bu, ona görə vacibdir ki, indiki gənclik gələcəyin sahibkarlarıdır", - nazir bildirib.

Səhiyyə naziri Teymur Musayev isə çıxışında təhsil alan səhiyyə işçilərinin iqlim dəyişikliyi ilə bağlı maarifləndirilməsi üçün bu ildən Azərbaycan Tibb Universitetində "İqlim dəyişikliyi və sağlamlıq" fənninin tədris olunduğunu diqqətə çatdırıb.

Nigar HƏSƏNLİ,
Musavat.com

Избранный
30
musavat.com

1Источники