RU

COP29 çərçivəsində ICESCO pavilyonunda İslam dünyasında "yaşıl" təhsilin tətbiqi üçün ilk struktur istifadəyə verilib

Bakı. Trend:

COP29 çərçivəsində ICESCO pavilyonunda İslam dünyasında "yaşıl"təhsilin tətbiqi üçün ilk struktur rəsmi olaraq istifadəyəverilib.

Trend xəbər verir ki, bubarədə ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik COP29çərçivəsində təşkil edilən "Təhsilin ekoloji istiqamətəyönəldilməsi və iqlim savadlılığının artırılması" mövzusundadəyirmi masa zamanı bildirib.

"Son illərdə təhsildə "yaşıl" gündəm qlobal səviyyədə, xüsusilədə 2024-cü ilin oktyabr ayında Oman Sultanlığında keçirilmişICESCO-nun Təhsil Nazirlərinin Üçüncü Konfransı çərçivəsində xüsusidiqqət mərkəzində olub. Kembric Universitetindəki tərəfdaşlarımızlabirgə hazırlanmış İslam dünyasında "yaşıl" təhsilin tətbiqi üçünilk struktur dörd əsas istiqamətə əsaslanan tövsiyələr və siyasəttəqdim edir: tədris proqramları, müəllimlər, məktəblər və təhsilintransformasiyası sammitindən sonra "yaşıl" təhsilə yönəlmişcəmiyyətlər və tərəfdaşlıq.

Məmnuniyyətlə bildirirəm ki, bu tövsiyələr qısa və uzunmüddətlihədəflərin ölçülə bilən razılaşması ilə qəbul olunub və üzvölkələrimizdə "yaşıl" təhsilə keçid üçün tətbiq olunacaq. Həmçinin,təxminən bir saat əvvəl bu struktur ICESCO pavilyonunda rəsmiolaraq istifadəyə verildi", - deyə o vurğulayıb.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrəÇərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının(COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Избранный
28
1
az.trend.az

2Источники