Avropa İttifaqı (Aİ) İranın Rusiyaya hərbi yardım göstərdiyi iddiasına ilə rəsmi Tehrana yeni sanksiyalar tətbiq edib.
EDnews xəbər verir ki, bu barədə Aİ-nin mətbuat xidməti məlumat yayıb.
İranın ən böyük gəmi şirkəti olan İran İslam Respublikası Dəniz Gəmiçiliyi Qrupu və onun direktoru Aİ-nin qara siyahısına salınıb.
Avropa İttifaqı həmçinin İran silah və sursatlarının daşınmasına görə Rusiyanın üç gəmiçilik şirkətinə – “MG-Flot”, “VTS-Broker” və “Arapax”a qarşı sanksiyalar tətbiq edib.
Aİ Şurası qeyd edib ki, bu tədbirlər İranın pilotsuz uçuş aparatlarının, raketlərinin, müvafiq texnologiya və komponentlərinin ötürülməsi üçün gəmi və limanlardan istifadənin qarşısını almaq məqsədi daşıyır.