RU

İlhaməni basdırandan sonra dava düşdü, 380 min pul və evdəki qızılları… – İllər sonra açılan sirr

“İlhamə Quliyevanın bütün sənədləri qızım Samirədə idi. Bankda 380 min pulu və evdə seyfdə qızılları var idi. Qızım ona baxırdı, ayağını müalicə edirdi”.

Bu sözləri müğənni Əli Mirəliyev qonaq olduğu “Həftənin qonağı” verilişində mərhum Xalq artisti İlhamə Quliyevanın mirasından danışarkən bildirib.

Mirəliyev deyib ki, mərhumun mirası qanunla onun övladlığa götürdüyü oğlu Orxana qalmayıb:

“İlhamə Quliyeva rəhmətə gedəndən sonra bacılar başladı o mənimdir, bu mənimdir. Dedilər ki, hər şey Orxanındır. Amma qanunla Orxana düşmədi. Orxan bütün nə var idi gətirdi müstəntiqə verdi. İlhaməni basdırandan sonra dava düşüb aralarında. Nə etdilər bilmirəm”.

Proqramın aparıcısı Ülvira Qarayevanın “Deyirlər, İlhamə rəhmətə gedəndən sonra sizin qızınız Türkiyədə ev aldı” sözlərinə Ə. Mirəliyev belə reaksiya verib:

“Evi qızıma mən almışam. Şəhərdə evimi və bağımı satdım qızıma ev aldım”.

Qeyd edək ki, İ. Quliyeva sağlığında “Mənim Əli Mirəliyev adında qohumum yoxdur. Yalan söyləyir. O, mənim qohumum deyil. Özünü mənim sayəmdə reklam etməsin. Mən bunu ona qadağan edirəm” açıqlamasını vermişdi. Ekspertizanın ilkin nəticələrinə əsasən, Xalq artisti trombdan (qan damarının tutulması) 2016-ci ildə dünyasını dəyişib. O, 80-cı illərdə qısa müddətli ailə həyatı qurub. Çox qısa sürən bu evlilik zamanı o, hətta həyat yoldaşının soyadını – Mirmöhsünovanı daşıyıb. İlhamə xanımın həyat yoldaşı isə Faiq Mirmöhsünov olub. Lakin İ. Quliyeva qısa müddətdən sonra bu evliliyə son qoyub, yenidən Quliyeva soyadına qayıdıb. Xalq artistinin övladı olmadığı üçün, o, Orxan adlı oğlanı övladlığa götürüb. Quliyeva məşhur müğənni Tükəzban İsmayılovanın qızıdır.

Избранный
11
1
millitv.net

10Источники