RU

Bahar Muradova: 1 milyarddan çox gənc iqlimlə bağlı fəlakətlərə həssas olan ərazilərdə yaşayır

İnsan hüquqları ilə ətraf mühit arasındakı sıx əlaqənin qlobal miqyasda tanınması bu problemin yalnız ekoloji deyil, həm də sosial, iqtisadi və təhlükəsizlik məsələsi olduğunu diqqətə çatdırır.

Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova COP29 çərçivəsində keçirilən “İqlim Dayanıqlılığı və Sülh Quruculuğunda Gənclərin Liderliyi” adlı tədbirdə deyib.

O qeyd edib ki, hər gün dünyanın müxtəlif yerlərində milyonlarla insan o cümlədən uşaq və gənclər iqlim dəyişikliyini və onun konfliktlərlə bağlı təsirlərini öz həyatlarında hiss edir.

"Ən fəal vətəndaşlar kimi gənclər sülh quruculuğuna öz həll yollarını təklif edərək töhfə verirlər. Onlar iqlim dayanıqlılığı və ətraf mühit təşəbbüslərində iştirak edərək, davamlı inkişaf prinsiplərini təşviq edirlər. Odur ki, iqlim dəyişikliyinə qarşı mübarizədə gənclərin iştirakını genişləndirmək, onların hüquqlarını qorumaq və xüsusi ehtiyaclarını mövcud siyasət və proqramlarda nəzərə almaq vacibdir".

B. Muradovanın sözlərinə görə, qlobal miqyasda son məlumatlar göstərir ki, 1 milyarddan çox gənc iqlimlə bağlı fəlakətlərə həssas olan ərazilərdə yaşayır:

"Gənclər arasında təhsilin və maarifləndirmənin təşviq edilməsi onların yalnız uyğunlaşmasını deyil, həm də proseslərdə fəal iştirakını vurğulayır.
Xüsusilə qeyd etmək istərdim ki, ekoloji problemlərlə yanaşı, iqlim dəyişikliyi və resurs çatışmazlığı insanlar arasında gərginlik yaradır və nəticədə münaqişələri dərinləşdirir.

Избранный
22
1
aznews.az

2Источники