RU

Cənubi Afrikada minlərlə insan şaxtalarda qalıb

Cənubi Afrikada qeyri-qanuni mədənçilklə məşğul olanlar yerin altında qalıb.

KONKRET.az CNN-ə istinadən xəbər verir ki, 4 kilometrlik dərinlikdə qızıl axtaran yüzlərlə  mədənçiyə qida və su təchizatı dayandırılıb. Qaçaq yolla mədənlərə daxil olanlar dövlətin qızıl ehtiyatlrına ciddi ziyan vurduğundan polis mədənlərə gedən yolları bağlayıb. Yerin dərinliklərində partlayışlar aparmaqla əlvan metal çıxaranları elə də yaxşı aqibət gözləmir. Artıq mədənçilərlə  əlaqəni polis nəzarətə götürüb və qeyri-qanuni qızıl çıxaranlar isə hələlik yuxarı qalxmaq istəmirlər. Cənubi Afrika İnsan Haqları Komissiyasının məlumatına görə yerin altında aparılan partlayışlarda xeyli insan ölüb.

Cənubi Afrikanın Minerallar Komissiyasının hesabatına görə, qeyri-qanuni mədənçilər yerin altında 4 kilometr dərinlikdə məskunlaşıb və aylarla köhnə mədənlərdə qala bilərlər. Polisə təslim olan iki nəfər yerin altında 4 mindən artıq insanın olduğunu deyiblər. CAR-nın Daxili İşlər Nazirliyindən bildirilib ki, yerin altında qalanlara qida və su təchizatı dayandırılıb. “Biz  qeyri-qanuni mədənçiləri  səthə çıxmağa məcbur edirik. Onların etdikləri cinayətdir”. Ölkənin Minerallar Şurasının məlumatına görə, polis qeyri-qanuni mədənçilərin fəaliyyətini dayandırmaq cəhdlərini gücləndirir. Cənubi Afrikada qanunsuz mədənçilik nəticəsində hər il bir milyard dollardan çox vəsait itirilir.

Vəli Həsənoğlu,

KONKRET.az

Избранный
28
konkret.az

1Источники