RU

"Meymunçiçəyi Azərbaycanda da ola bilər" - İNFEKSİONİST

Meymunçiçəyi virusu yeni ştamı ilə yenidən gündəm mövzusu olub. Belə ki, sentyabrdan bu günə qədər 3 mindən çox insana yoluxan virusun yeni ştamı bu dəfə ABŞ-də qeydə alınıb.

Bəs Azərbaycanda vəziyyət necədir?

Mövzu ilə əlaqədar infeksionist-həkim Vasif Əliyev Redaktor.az-a açıqlamasında bildirdi ki, dünyanın bir çox ölkələrində bu virus müşahidə olunur, bununla bağlı məlumatlar da paylaşılır:

"Amma Azərbaycanda belə bir xəstəliyin olduğuna dair fakt nə Səhiyyə Nazirliyi tərəfindən, nə də TƏBİB tərəfindən  qeydə alınmayıb. Təbii ki, şübhəli bir vəziyyət olduğu zaman xəstəlik əlamətləri meymunçiçəyini xatırladarsa, ona bənzəyərsə, bu, artıq araşdırılar, analizlər götürülər, daha sonra qərar verilə bilər. Amma hələ ki meymunçiçəyi virusu Azərbaycanda müşahidə olunmur".

Vasif

Həkimin sözlərinə görə, virus başqa ölkələrdə olduğuna görə bizim ölkədə də olma ehtimalı var:

"Xüsusilə də səyahət edən insanlarda bu tipli səpkilərin olduğu zaman mütləq həkimə müraciət etməlidirlər ki, lazımi analizlər götürülsün və xəstəliyin olub olmadığı təsdiq və ya inkar olunsun".

Sevinc İBRAHİMZADƏ

Избранный
23
redaktor.az

1Источники