RU

PFL-in komissiyası bu gün İmişlidə olacaq - “Problemlərin hamısını aradan qaldırmışıq”

Cari mövsümdə köçəri həyat yaşayan klublardan biri də “İmişli”di.

Yaydan bəri stadionu təmirə bağlanan klub aylardı ev oyunlarını Saatlı Olimpiya İdman Kompleksində keçirir. Stadion “Qəbələ” ilə oyuna qədər hazır olmalıykən ot örtüyünün vəxziyyəti üzündən açılış bir qədər ertələndi. Klub rəhbəri qəzetimizə açıqlamasında stadionun noyabrın sonlarına hazır olacağını bildirmişdi. Belədə növbəti turda “Qaradağ-Lökbatan”la qarşılaşma “İmişli”nin yenilənmiş stadionda baş tutmalıdı.

Görəsən, meydançada bütün işlər yekunlaşıbmı?

“İmişli”nin İdarə Heyətinin sədri Aqşin Mürsəlov “Futbol+”ə bu haqda danışdı:

“Stadionda təmir işləri yekunlaşıb. Düşünürəm ki, ot örtüyü ideala yaxın formadadı. Bu gün Peşəkar Futbol Liqasının komissiyası gəlib yoxlayacaq. Təftiş edib qərar verəcəklər. Neçə ildi bu işin içindəyik, bilirik nələr lazımdı, nələrə diqqət edirlər. Problemlərin hamısını aradan qaldırmışıq. İnanırıq ki, hansısa fors-major hal baş verməsə, noyabrın 27-də "Qaradağ Lökbatan"la oyunu öz stadionumuzda keçirə biləcəyik. Stadionumuz oyuna, demək olar, tam hazırdı”.

“İmişli” ötən mövsüm xüsusi oyunlar ərəfəsində konsert proqramı, əyləncəli yarışlar təşkil edirdi. “Açılış günü üçün surpriz planınız varmı” sualının cavabında Aqşin bəy bunları dedi:

“Stadiona görə başımız çox qarışıqdı. Komandanı daha da gücləndirmək istiqamətində işləyirik. Ona görə də xüsusi açılış etməyəcəyik. Azarkeşlərimiz çoxdan intizardadı. Bu üzdən də sırf azarkeşlərimizin gələcəyini düşünürük. Həm də “Qaradağ Lökbatan” bizim üçün prinsipial rəqibdi. Bilirsiz ki, ötən mövsümün sonlarında evdə onlara qalib gələ bilmədik. Bizi çempionluqdan edən xal itkisi oldu. Buna görə də məhz oyuna köklənəcəyik”.

RÖYANƏ OĞUZ
Избранный
32
football-plus.az

1Источники