RU

Iki ölkə arasında əlaqələrin inkişafında yüksək səviyyəli dialoq vacibdir

Prezident Rəcəb Tayyib Ərdoğan G20 Liderlər Zirvəsi üçün səfərdə olduğu Braziliyada prezident Lula da Silva ilə görüşüb. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

Kopakabana (Copacabana) qalasındakı görüşdə R.T.Ərdoğan Türkiyə ilə Braziliya arasında əlaqələrin inkişafında yüksək səviyyəli dialoqun vacib olduğunu, iki ölkə arasında strateji tərəfdaşlığın inkişafı üçün çalışacaqlarını bildirib.

Türkiyə prezidenti Braziliyanın İsrailin təcavüzünə qarşı mövqeyinin təqdirəlayiq olduğunu, İsrailə silah-sursat satışının qarşısını almaq üçün Birləşmiş Millətlər Təşkilatında (BMT) təşəbbüs irəli sürən Türkiyənin də Fələstində daimi atəşkəsin təminatı, bölgəyə humanitar yardımın çatdırılması və iki dövlətli həll üçün əlindən gələni etməyə davam edəcəyini söyləyib.

Ərdoğan həmçinin BMT-nin dünyada, başda Qəzza olmaqla qarşıdurmaların qarşısını ala bilmədiyini, böhranlara həll yolları tapmağın yetərli olmadığını deyərək Braziliyanın G20 növbəti sədrliyi zamanı Qlobal İdarəçilik İslahatını gündəmə gətirməsinin məqsədəuyğun olduğunu vurğulayıb.

Избранный
20
2
sia.az

5Источники