RU

Bayden Rusiyaya zərbələrin endirilməsi ilə bağlı suala cavab verməkdən imtina edib

ABŞ prezidenti Co Bayden Ukrayna Silahlı Qüvvələrinə Rusiya ərazisinin dərinliklərində uzaqmənzilli silahlarla zərbələr endirməsinə icazə verilməsi ilə bağlı sualı cavablandırmaqdan imtina edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə TASS Ağ Evin mətbuat fonduna istinadən məlumat yayıb.

“Çıxışının sonunda o Ukrayna ilə bağlı verilən suala cavab vermədi”, – mesajda deyilir.

Bundan əvvəl məlum olub ki, ABŞ prezidenti Kiyevə Rusiya ərazisinin dərinliklərində uzaqmənzilli silahlarla zərbələr endirməyə icazə verib.

Eyni zamanda ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın komandası Baydenin qərarının nəzərdən keçirilməsinə icazə verib.

Избранный
10
1
nocomment.az

10Источники