RU

Rusiya millisi yenə kənarda qalacaq

Futbol üzrə Rusiya millisinə 2026-cı il dünya çempionatının seçmə mərhələsinin püşkatma mərasimində iştirakına icazə verilməyib. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Match TV” öz mənbəsinə istinadən məlumat yayıb.

Qərarın təhlükəsizlik məsələləri ilə bağlı olduğu bildirilib.

Püşkatma mərasimi dekabrın 13-də İsveçrənin Sürix şəhərində keçiriləcək. Avropada seçmə turnir 2025-ci ilin martından 2026-cı ilin martına kimi keçiriləcək.

Qeyd edək ki, 2022-ci ilin fevral ayından FİFA və UEFA-nın qərarı ilə bütün Rusiya milliləri və klubları beynəlxalq turnirlərdən kənarlaşdırılıb. Buna səbəb Rusiyanın Ukraynaya hərbi müdaxilə etməsidir. Yığma 2022-ci il dünya çempionatı və 2024-cü il Avropa çempionatından kənarda qalıb.

Xatırladaq ki, 2026-cı il dünya çempionatı ABŞ, Kanada və Meksikada iyunun 11-dən iyulun 19-dək keçiriləcək.

Избранный
60
2
qafqazinfo.az

3Источники