RU

Separatçıların lideri İSTEFA VERDİ

Gürcüstanın separatçıların nəzarəti altında olan Abxaziya bölgəsinin "prezidenti" Aslan Bjaniya və "baş naziri" Aleksandr Ankvab istefa veriblər.

 

Modern.az xəbər verir ki, bu barədə "Apsnypress" agentliyi etirazçılarla "hökumət" arasında danışıqlarda imzalanmış sazişə istinadən məlumat yayıb.

 

Separatçıların "parlament"i bu gün, noyabrın 19-da Bjaniyanın istefasına baxacaq. Hazırkı "vitse-prezident" Badra Qunba fəaliyyətinə davam edəcək və "prezident"in səlahiyyətlərini icra edəcək.

 

Razılaşmalara əsasən, etirazçılar ələ keçirdikləri hökumət binalarınl tərk etməlidirlər. Əks halda Aslan Bjaniya istefasını geri götürəcək.

 

 Abxaziya bölgəsində noyabrın 11-dən etibarən kütləvi etiraz aksiyaları başlayıb. Həmin gün Rusiya ilə müqavilənin ratifikasiyasına qarşı çıxan bir neçə müxalif siyasətçi saxlanılıb. Onlar iddia edirdilər ki, qanun ruslara respublikada çoxfunksiyalı komplekslər adı altında mənzillər tikməyə icazə verəcək. Saxlanılarkən etirazçılar Suxumda bir neçə körpünü bağlayıblar.

 

Daha sonra etirazçılar separatçıların binalarına hücum ediblər. Onlar "prezident", "vitse-prezident" və "baş nazir"in istefasını tələb ediblər. Hadisələr zamanı 13 nəfər yaralanıb.

Избранный
20
modern.az

1Источники