![](https://cdn.yeniavaz.com/uploadedfiles/custom/2024/11/19/1/04f445b5-4ab4-421c-b5d3-f4fe47d064fc/san-marino-qelebe.jpg)
Futbol üzrə Millətlər Liqasında son turun oyunları davam edir.
Yeniavaz.com xəbər verir ki, A Liqasının birinci qrupunda Portuqaliya və Xorvatiya komandaları xalları bölüşüblər, 1:1.
Hər iki komanda 1/4 finala vəsiqə qazanıb.
Dördüncü qrupda İsveçrəyə 3:2 hesabı ilə qalib gələn İspaniya yığması qrupda birinci yeri tutaraq 1/4 finala yüksəlib. İkinci yeri isə Serbiya ilə qolsuz bərabərə qalan Danimarka tutub.
Millətlər Liqasının son turu çərçivəsində ötən axşam baş tutan görüşlərin nəticələri belə olub:
A Liqası, birinci qrup
Xorvatiya - Portuqaliya: 1:1;
Polşa - Şotlandiya: 1:2.
Dördüncü qrup
Serbiya - Danimarka: 0:0;
İspaniya - İsveçrə: 3:2.
C Liqası, ikinci qrup
Kosovo - Litva: 1:0;
Rumıniya - Kipr: 4:1.
Üçüncü qrup
Bolqarıstan - Belarus: 1:1;
Lüksemburq - Şimali İrlandiya: 2:2.
D liqası, birinci qrup
Lixtenşteyn - San-Marino: 1:3.