RU

Dünyanın ən aktual problemlərindən iqlim dəyişikliyi və ərzaq təhlükəsizliyi bir-birilə çox sıx bağlıdır - İsmahane Elouafi

Bakı. Trend:

Biz bu gün qeyri-adi çağırışlar qarşısında bir araya gəlirik.Dünyanın ən aktual problemlərindən ikisi olan iqlim dəyişikliyi vəərzaq təhlükəsizliyi bir-birilə çox sıx bağlıdır.

Trend xəbərverir ki, bu barədə Beynəlxalq Kənd Təsərrüfatı Tədqiqat MərkəzləriKonsorsiumun ( CGİAR) icraçı direktoru İsmahane Elouafi COP29çərçivəsində keçirilən “Aşağı emissiya və davamlı qida sistemləriüçün elm və innovasiya” adlı iclasda çıxışı zamanı deyib.

O qeyd edib ki, istixana qazı emissiyalarının demək olar ki,üçdə biri kənd təsərrüfatı, meşə təsərrüfatı və torpaqdanistifadədən qaynaqlanır.

“Biz kənd təsərrüfatı sistemlərimizi iqlim böhranının həllininbir hissəsinə çevirmək üçün kollektiv fəaliyyətin, elmiinnovasiyanın və strateji əməkdaşlığın gücünə inandığımız üçünburadayıq. İstehsal etdiyimiz, emal etdiyimiz, daşıdığımız, ticarətetdiyimiz, saxladığımız və istehlak etdiyimiz üsul iqlimdəyişikliyi ilə mübarizə səylərimizin mərkəzində olmalıdır. Busahələrdə əhəmiyyətli transformasiya olmadan dünya iqlim və davamlıinkişaf məqsədlərinə nail ola bilməz.

Kənd təsərrüfatının həm emissiyaların azaldılmasında, həm dəkarbon sekvestrində mühüm rol oynadığını nəzərə alsaq, iqlimmaliyyələşdirməsinin yalnız 4,3%-nin kənd təsərrüfatına ayrıldığınıqeyd etmək üzücüdür ki, bu pay azalmaqda davam edir. Lakin bugünküsessiya fərq yaradan elm və innovasiyaları vurğulamaq üçün birfürsətdir”,- deyə o bildirib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələriüzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cusessiyasının (COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir vəregionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlıədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilədayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşılenerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığıüçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanınazaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şəraityaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Избранный
25
7
az.trend.az

9Источники