RU

Məcnun Məmmədov: Qlobal iqlim dialoqunda fermerlərin problemlərinə çox az diqqət yetirilir

Qlobal iqlim dialoqunda fermerlərin problemlərinə çox az diqqət yetirilir.

“İki sahil” xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov COP29 çərçivəsində keçirilən "Fermerlər üçün Bakı Harmoniya İqlim Təşəbbüsünün işə salınması: fermerlərin iqlim dəyişikliyinə qarşı dayanıqlığının artırılması üçün imkanların genişləndirilməsi" tədbirində bildirib.

Onun sözlərinə görə, təkcə Azərbaycanda deyil, qlobal səviyyədə kənd təsərrüfatı icması iqlim dəyişikliyinin ciddi təsiri ilə üzləşir: “Kənd təsərrüfatı qlobal miqyasda həlledici sektordur. Lakin kənd təsərrüfatı istehsalının ön cəbhəsində olan fermerlərimiz dünyada iqlim dəyişikliyinə qarşı ən həssas insanlar olaraq qalır. Onlar bu təsirləri birbaşa və çox vaxt dərhal hiss edirlər”.

Nazir qeyd edib ki, artan temperatur, qeyri-sabit yağıntılar, torpağın deqradasiyası və su qıtlığı onların həyat tərzini təhlükə altına alır: “Lakin onlara qlobal iqlim dialoqunda çox az diqqət yetirilir. Fermerlər iqlim dəyişikliyinin təsirini ilk hiss edənlərdir, lakin çox vaxt çox ehtiyac duyulan dəstəyi ən son alanlar olurlar”.

Избранный
41
ikisahil.az

1Источники