RU

Ukrayna ATACMS ilə ilk bura zərbə endirəcək

ABŞ Prezidenti Cozef Baydenin administrasiyası Ukraynanın Vaşinqtondan aldığı uzaqmənzilli silahlarla Rusiyaya dərin zərbələr endirməsinə qoyulan qadağanı ləğv edib.   Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir. Məlumata görə, Ukrayna artıq ATACMS ilə Rusiya ərazilərinə qanuni olaraq zərbə endirə bilər.  Ukrayna Silahlı Qüvvələrinə ATACMS raketlərindən istifadə icazəsi Rusiyanın Şimali Koreya qoşunlarını Moskva tərəfində döyüşlərə cəlb etməsindən sonra verilib. Bu addımla Vaşinqton, Pxenyana Şimali Koreya qüvvələrinin zəifliyini və onların müharibəyə müdaxiləsinin qəbul edilməz olduğunu mesaj olaraq göndərmək istəyir.  Ukrayna ATACMS raketləri ilə ilk olaraq Rusiyanın dərinliklərindəki strateji hədəfləri vurmağı planlaşdırır. Bu, xüsusilə Rusiya ordusunun mühüm hərbi bazaları, hava hücumundan müdafiə sistemləri, təchizat xətləri və hərbi infrastruktur obyektlərini əhatə edir.

Qeyd edək ki, ATACMS raketləri 300 kilometrə qədər məsafədəki hədəfləri vurmaq qabiliyyətinə malikdir.

Избранный
29
10
manset.az

8Источники