RU

“Mastercard Azərbaycan” COP29 öncəsi “Dayanıqlı kartlar”ın qlobal icrasını sürətləndirir - Foto

Azərbaycan dayanıqlı inkişaf məqsədləri istiqamətində, xüsusilə bərpa olunan enerji sahəsinə investisiyalar və dayanıqlı nəqliyyat üçün dövlət və özəl sektor arasında tərəfdaşlıqlarda mühüm addımlar atır, eyni zamanda iqtisadi şaxələnmə və ətraf mühitin qorunmasını təşviq edir.

“Qafqazinfo” xəbər verir ki, BMT İqlim Dəyişikliyi Konfransı (COP29) çərçivəsində bu cür təşəbbüslərin biri 11 noyabr tarixində Bakıda keçirilib. 

Təşəbbüs çərçivəsində Azərbaycan şirkətləri ətraf mühitin dayanıqlılığı ilə bağlı təcrübə və təşəbbüsləri inkişaf etdirmək istiqamətindəki öhdəliklərini nümayiş etdiriblər.

Ödəniş şəbəkəsi sahəsində ilk belə addım “Mastercard” tərəfindən 2023-cü ildə öz şəbəkəsindəki ödəniş kartların istehsalında ilkin istifadə edilən PVC plastiklərinin çıxarılacağını bəyan etməsi ilə atılıb.

2028-ci ilə qədər şəbəkədə istehsal olunan bütün yeni ödəniş kartları təkrar emal edilib və ya bioloji mənşəli plastiklərdən, məsələn rPVC, rPET və ya PLA1-dən hazırlanacaq və sertifikatlaşdırma proqramı vasitəsilə təsdiq ediləcək.

Azərbaycanda yerli banklar bu məqsədə daha sürətlə nail olmaq üçün dəstəklənir və 2026-cı ilə qədər “Mastercard” ödəniş kartlarının hazırlanmasında ilkin istifadə edilən PVC plastiklərdən imtina etmək üzrə öhdəliklər götürüblər. Artıq bir neçə bank, o cümlədən “PAŞA Bank”, “Kapital Bank”, “ABB Bank”, ATB, “Yelobank”, “Rabitəbank” və “Xalq Bank” bu təşəbbüsü dəstəkləyəcəyini bəyan edib. Onların iştirakı maliyyə sektorunda ətraf mühitin davamlılığı ilə bağlı təcrübələrin təşviqində vahid yanaşmanı göstərir.

“Mastercard” olaraq Azərbaycanda davamlı kart proqramımızı sürətləndirməkdən qürur duyuruq. Bu, ölkənin dayanıqlı inkişaf məqsədlərinə uyğun olmaqla yanaşı, maliyyə sektorunda plastik tullantıların azaldılması və ətraf mühitin dayanıqlılığının dəstəklənməsi istiqamətində öhdəliyimizi nümayiş etdirir”, - deyə  “Mastercard”ın Türkiyə və Azərbaycan üzrə Baş direktoru Avşar Gürdal bildirib.


 “Mastercard”ın “Dayanıqlı Kartlar” proqramı şirkətin dayanıqlılığı öz fəaliyyətinin əsas elementi kimi inkişaf etdirmək məqsədinin bir hissəsidir. Bu proqram, həm şirkətin karbon və ekoloji izini azaltmağa, həm də tərəfdaşlara və istehlakçılara bu istiqamətdə addımlar atmaq imkanı yaratmağa yönəlib. 

 “Mastercard”, eyni zamanda, 2040-cı ilə qədər sıfır karbon emissiyası hədəfinə nail olmağa və “Priceless Planet Coalition” kimi yeni təşəbbüsləri həyata keçirməyə sadiqliyini bəyan edir. Bu təşəbbüs çərçivəsində 100 milyon ağacın bərpasının maliyyələşdirilməsi nəzərdə tutulur.

Eyni zamanda,  “Mastercard”ın “Karbon Kalkulyatoru” kart sahiblərinin xərclərinə əsaslanan təxmini karbon izini öyrənməyi təmin edir. Dayanıqlı İnnovasiya Laboratoriyası isə həm rəqəmsal məhsullar üçün mərkəz, həm də tərəfdaşlarla gələcək həllərin birgə yaradılması üçün platforma rolunu oynayır.

Избранный
15
5
qafqazinfo.az

6Источники