Qaziantepdə tanınmış bərbər sayılan Əhməd Dəmir 4, 5, 9, 11 yaşlarında dörd uşağını və həyat yoldaşını qətlə yetirib.
7News.Az parol.az-a istinadla xəbər verir ki, bunun ardınca onun da meyiti tapılıb.
Dəhşətli qətliamdan sonra Əhməd ilə bağlı tükürpədici iddialar yayılıb.
Bildirilir ki, bərbər 3 il öncə dostları ilə mərcdə uduzduğu üçün cəza olaraq qəbirstanlığa getməli olub. Orada məzarlardan birinin ayaq tərəfində mərmərin üzərindən su içdikdən sonra huşu özündən gedib. Yaxınları onun xəstəxanaya çatdırıldığını bildiriblər. O hadisədən sonra Əhmədin vaxtaşırı "Orada qan içdim və özümdən getdim" dediyi bildirilir.
.jpg)
.jpg)