RU

"Əhalinin geniş kateqoriyalarının əmək bazarına çıxışı təmin olunur" - İqtisadçı alim

Əmək bazarına çıxış imkanları genişlənir.

QHT.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın sədri, iqtisad elmləri doktoru Elşad Məmmədov əmək bazarına çıxış imkanlarının genişləndirilməsini sosial müdafiə siyasətinin əsas tərkib hissəsi kimi qiymətləndirir. O bildirib ki, məşğulluq sahəsində sistemli və davamlı tədbirlər həyata keçirilir:

“Sosial müdafiə sistemi, məşğulluqla bağlı əmək bazarına çıxış imkanlarının əhalinin geniş kateqoriyaları tərəfindən əldə olunmasına yönəlir.”

Bu yanaşma həm sosial, həm də iqtisadi müstəvidə müsbət nəticələr verir. İqtisadçı alim qeyd edib ki, bu siyasət əhalinin həyat səviyyəsini yaxşılaşdırmaqla yanaşı, əmək bazarının tələblərinə uyğun olaraq daha geniş imkanlar yaradır.

 

Pərvanə Fərhadqızı

Избранный
19
qht.az

1Источники