RU

Əhliman Əmiraslanov: “Onkoloji xəstələrin tibbi sığortaya cəlb olunmaması qəbuledilməzdir”

“Onkoloji xəstələrin icbari tibbi sığortaya cəlb olunmaması qəbuledilməzdir”.

Xezerxeber.az xəbər verir ki, bunu Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, Əmək və sosial siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin bu gün keçirilən birgə iclasında 2025-ci ilin dövlət büdcəsinin müzakirələri zamanı deyib.  

“İnsanlar arasında böyük tələfata səbəb olan onkoloji xəstəliklərin icbari tibbi sığortaya cəlb olunmamasını anlamaq olmur. Beş-altı il əvvəl səhiyyənin xərcləri 780-800 milyon manat olub. Bu gün isə icbari tibbi sığortanın da xərclərini nəzərə alsaq, həmin vəsait 4 dəfə artıb. Ancaq onkoloji xidmətlərə ayrılan vəsait 50 milyon manat çərçivəsində qalıb.

Onkoloji xəstəliklərin müalicəsinin icbari tibbi sığortaya daxil olmaması anlaşılan deyil. Çünki ürək-damar xəstəliklərindən sonra ən çox yayılmış xəstəliklərdən biri onkoloji xəstəliklərdir. Bizə deyirlər ki, bu, böyük vəsait tələb edir. İlk addım olaraq, bu xəstələrin müalicəsi üçün dərman preparatlarını icbari tibbi sığortaya daxil etmək olar”, - deyə Ə.Əmiraslanov əlavə edib. 

Избранный
31
3
xezerxeber.az

5Источники