RU

9 ayda Azərbaycanda 70 minə yaxın yeni iş yeri açılıb

2024-cü ilin yanvar-sentyabr aylarında ölkədə 69,6 min yeni iş yeri açılıb ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14,3 faiz çoxdur.

Dövlət Statistika Komitəsinin məlumatına görə, bu iş yerlərinin 92,8 faizi özəl sektorda açılıb.

Yeni açılmış iş yerlərinin 77,4 faizi Bakı şəhərinin, 22,6 faizi isə rayonların payına düşür.

Hüquqi şəxslər tərəfindən yaradılmış iş yerlərinin 25,9 faizi tikinti, 17,7 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 9,3 faizi emal sənayesi, 8 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 6,9 faizi peşə, elmi və texniki fəaliyyət, 6,6 faizi nəqliyyat və anbar təsərrüfatı, 4 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, 3,8 faizi təhsil, 3,5 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3,3 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 2,4 faizi informasiya və rabitə, 8,6 faizi isə digər iqtisadi fəaliyyət növləri üzrə açılıb.

Избранный
24
2
vergiler.az

6Источники