RU

Kreml: Kiyevin Qərbin qeyri-nüvə raketlərindən Rusiyaya qarşı istifadə etməsi nüvə reaksiyasına səbəb ola bilər

Kiyevin Qərbin qeyri-nüvə raketlərindən Rusiyaya qarşı istifadə etməsi Moskvanın nüvə reaksiyasına səbəb ola bilər.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, yeni doktrina çərçivəsində Ukrayna Silahlı Qüvvələrinin Rusiya Federasiyasına qarşı Qərbin qeyri-nüvə raketlərindən istifadə etməsi nüvə reaksiyasına səbəb ola bilər.

Peskov qeyd edib ki, Rusiya Federasiyası nüvə silahından istifadəni son məcburi tədbir kimi qiymətləndirir: “Rusiya Federasiyası həmişə məsuliyyətli mövqe tutur və nüvə təhlükəsinin azaldılması üçün səylər göstərir. Rusiyanın yenilənmiş nüvə doktrinası vaxtında nəşr olunub. Sənədin mövcud siyasi vəziyyətə uyğunlaşdırılması üçün nüvə doktrinasının yenilənməsi tələb olunurdu”.

Kremlin sözçüsü vurğulayıb ki, “xüsusi əməliyyat” Qərbin Rusiya Federasiyasına qarşı başlatdığı müharibə kontekstində keçirilir və məqsədlərinə çatana qədər davam edəcək.

Избранный
25
50
apa.az

10Источники