RU

Xərçəngin müalicəsi üçün inanılmaz KƏŞF

ABŞ-nin Auburn Universiteti və İsveçrənin Bazel Universitetinin alimləri xərçəng hüceyrələrini hədəf alan zülal kompleksini daha stabil hala gətirmək üçün yeni üsul kəşf ediblər. 

Beləliklə, effektiv xərçəng müalicəsinin qapısı açılb. 

“Cebheinfo.az” xəbər verir ki, tədqiqatda alimlər şişlərin immun sistemindən gizlənmək üçün istifadə etdiyi PD-L1 zülalına diqqət yetirib.

Bir çox xərçəngdə PD-L1 immun hüceyrələrə bağlanaraq və onlara xərçəngə məhəl qoymamaq üçün siqnal verməklə "qalxan" rolunu oynayır. Bu isə şişin aşkar edilmədən böyüməsinə imkan verir. 

Bu işdə elm adamları PD-L1-in xərçəng hüceyrələrinə yapışmaq və xərçənglə mübarizə aparan dərmanları birbaşa şişə çatdırmaq üçün nəzərdə tutulmuş "Affibodies" adlı kiçik bir zülal ilə qarşılıqlı təsirini təhlil ediblər.

Избранный
23
cebheinfo.az

1Источники