RU

“Natura”nın içindən çıxan nədir?- Video

“Bunu hər gün nə qədər insan içir. Biri izah etsin ki, içində olan nədir? Hər gün körpə uşaqlara alınıb verilir, məktəblərdə satılır. Sadəcə iyrəncdir”.

Oxu24.com  xəbər verir ki, bu sözləri bloqer Əfsanə Fərəczadə sosial şəbəkə hesabında paylaşdığı videoya şərh olaraq yazıb. “Natura” meyvə şirəsi alan xanım onun içməyə yararsız olduğunu deyib. Qadının paylaşdığı videodan görünür ki, şirənin qutusundan kifəbənzər çürüntü çıxır. 

Belə ki, bloqer məhsulun üzərindəki yararlılıq müddətinin keçmədiyini vurğulayaraq bildirib ki, öncə qapağı adi formada açıb, amma şirəni stəkana tökmək istəyəndə normadan az süzüldüyünün fərqinə varıb. Qutunu kəsmək qərarına gələn bloqer onun içindəki məhlulla qarşılaşanda təəccüblənib. 

Məsələ ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) sorğu ünvanladıq. Agentlikdən müraciətimizə cavab olaraq bildirildi ki, yayılan görüntü Agentlik tərəfindən nəzarətə götürülüb: “Məsələ qanunvericiliyə uyğun olaraq araşdırılacaq və müvafiq tədbir görüləcək. Araşdırmaların nəticəsi barədə ətraflı məlumat veriləcək. İstehlakçılardan xahiş olunur ki, qida sahəsində hər hansı bir uyğunsuzluqla rastlaşdıqda araşdırılıb müvafiq tədbirlərin görülməsi üçün mütləq şəkildə AQTA-nın "1003" qaynar xəttinə məlumat versinlər”.

 

Избранный
65
11
oxu24.com

10Источники