RU

Qanunsuz işçi çalışdıran “Conco” 25 min manat cərimələnə bilər

Tanınmış tikinti şirkəti olan “Conco” QSC ilə bağlı imzalanmış cərimə protokoluna 25 noyabr tarixində yenidən baxılacaq.

Tribunainfo.az xəbər verir ki, şirkət İnzibati Xətalar Məcəlləsinin əmək hüquqları əleyhinə olan 192.1-ci maddəsini pozub. Tələbi pozulan maddəyə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir.

Şirkətlə bağlı işə Nəsimi rayon məhkəməsində baxılır. İş hakim Elməddin Hüseynovun icraatındadır.

Qeyd edək ki, QSC-nin direktoru iş adamı Hacı İlham Şıxseyidovdur. Şirkət Şuşada bərpa-quruculuqla əlaqədar elan edilən milyonluq tenderlərin qalibi olub.

Qarşı tərəfi dinləməyə hazırıq.

Gülşən İbrahim

Избранный
20
tribunainfo.az

1Источники