RU

G20 Liderlər Sammitinin bəyannaməsi dərc olunub

G20 Liderlər Sammitinin bəyannaməsi dərc olunub

G20 Liderlər Sammitinin bəyannaməsi dərc olunub. Bəyannamədə Qəzzada baş verən humanitar fəlakət, İsrail-Livan sərhədindəki münaqişələr və Ukraynadakı müharibəyə toxunulub. Yoxsulluq, bərabərsizlik, aclıq və süni intellektdən istifadə kimi mövzular da müzakirə edilib.Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən G20 Liderlər Sammitinin 85 maddəlik bəyannaməsi dərc olunub.Qəzza zolağında humanitar vəziyyət fəlakətli olaraq xarakterizə edilib. Bəyannamədə humanitar yardıma ehtiyac, fələstinlilərin öz müqəddəratını təyinetmə hüququna malik olduğu vurğulanaraq, iki dövlətli həll təklif edilib.İsrail-Livan sərhədində hərtərəfli atəşkəsin dəstəkləndiyi açıqlanıb.Bəyannamədə Ukraynadakı müharibənin qlobal ərzaq və enerji təhlükəsizliyinə mənfi təsirləri vurğulanıb, davamlı sülhün dəstəkləndiyi bildirilib. Nüvə silahlarından azad və hamı üçün daha təhlükəsiz dünya hədəfinə sadiqlik qeyd edilib.Bəyannamədə süni intellekt mövzusu da yer alıb. Süni intellektin istifadə ediləcəyi, lakin onun risklərinin diqqətdən kənarda qalmayacağı mesajı verilib.Bəyannamədə aclıq, yoxsulluq və bərabərsizliklə mübarizə əzmi də vurğulanıb.Mənbə: TRT Haber

Избранный
13
2
afn.az

3Источники