RU

Hakimləri təhqir və təhdid edən məşqçiyə ağır cəza verildi

AFFA İntizam Komitəsinin növbəti iclası baş tutub. 

Fanat.Az xəbər verir ki, qurum I Liqa və Əvəzedicilər Liqasının son turunda baş verən neqativ halları müzakirə edib. 

I Liqanın VII turunun “Qəbələ” - MOİK oyununun 87-ci dəqiqəsində MOİK-in futbolçusu Rüstəm Hümbətov ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyunluq cəzalanıb, MOİK 150 manat cərimə edilib.

I Liqanın VII turunun “Mingəçevir” - “Baku Sportinq” oyununda “Mingəçevir”in məşqçisi Namiq İbrahimli matçın 72-ci dəqiqəsində ikinci sarı vərəqədan qırmızı vərəqə aldıqdan sonra hakimləri təhqir və təhdid etdiyinə görə 5 oyunluq cəzalanıb, “Mingəçevir” komandası 400 manat cərimə edilib.

Əvəzedicilər liqasının XIII turunun “Araz-Naxçıvan-2” - “Sumqayıt-2” oyununun 82-ci dəqiqəsində “Araz-Naxçıvan-2” komandasının futbolçusu Tariq Hajjaj ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyunluq cəzalanıb, “Araz-Naxçıvan-2” komandası 150 manat cərimə edilib.

Избранный
13
fanat.az

1Источники