RU

TDT iqlim dəyişikliklərinə dayanıqlı kəndlər üzrə Forum yaradacaq - Məcnun Məmmədov

Bakı. Trend:

Türk Dövlətləri Təşkilatı (TDT) iqlim dəyişikliklərinə dayanıqlıkəndlər üzrə Forum yaradacaq.

Trend xəbər verir ki, bunuAzərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədov COP29çərçivəsində keçirilən "Qlobal məqsədlərdən yerli səviyyədəfəaliyyətə: Dayanıqlı aqrar-ərzaq sistemlərinin gücləndirilməsiüzrə regional təşəbbüslər" mövzusunda tədbirdə bildirib.

"Biz iqlim dəyişikliklərinə qarşı əlaqələndirilmiş tədbirlərüçün hökumətlərarası mexanizmlərin yaradılması və gücləndirilməsiistiqamətində addımlar atmalıyıq. Resursların effektivkoordinasiyası və bölüşdürülməsini təmin edəcək mandatı olan birmexanizm zəruridir. Təşviq etməyi planlaşdırdığımız təşəbbüslərdənbiri TDT-nin iqlim dəyişikliklərinə dayanıqlı kəndlər üzrəForumunun yaradılmasıdır. Türk dövlətləri qlobal miqyasda böyüktəsirə və iqtisadi gücə malikdir. TDT ilə əlaqələringücləndirilməsi Azərbaycanın xarici siyasətinin əsasprioritetlərindən biridir", - deyə nazir vurğulayıb.

M. Məmmədovun sözlərinə görə, TDT-yə üzv ölkələr kəndtəsərrüfatı sahəsində böyük iqtisadi potensiala malikdir.

"Kənd təsərrüfatı və ticarət bizim iqtisadiyyatımızın davamlısahələridir və uzun və zəngin məşğulluq tarixinə malikdir. Lakintəəssüf ki, biomüxtəlifliyin itirilməsi, iqlim dəyişiklikləri,torpaqların deqradasiyası və su resurslarının çatışmazlığıaqrar-ərzaq sistemlərimizə ciddi təzyiqlər yaradır. Bu təzyiqlərhər il artır və aqrar-ərzaq sistemlərimizə mənfi təsirlərigüclənir", - deyə o bildirib.

Nazir qeyd edib ki, təşkilat çərçivəsində kənd təsərrüfatınazirlərinin platforması mövcuddur və burada biz effektivəməkdaşlıq edərək qərarlar qəbul edirik.

"Bu dəfə Bakıda onlar iqlim dəyişikliklərinə dayanıqlı kəndlərüzrə Forumun yaradılmasını elan edəcəklər. Əminəm ki, bu təşəbbüskənd rayonlarının inkişaf siyasətinə müsbət təsir göstərəcək vəkənd icmalarımızın rifahına töhfə verəcək", - deyə Məcnun Məmmədovəlavə edib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrəÇərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının(COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Избранный
33
az.trend.az

1Источники