RU

Sabunçuda sakinlərin öz hesablarına təmir etdikləri yolu SOCAR bərbad hala saldı - ETİRAZ / FOTOLAR

Sabunçu qəsəbəsi, şəhər şossesi, 1-ci döngədə yaşayan sakinlər tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Sakinlər iddia edirlər ki, öz vəsaitləri ilə təmir etdirdikləri yolu SOCAR əməkdaşları qazaraq bərbad günə qoyub, üstəlik düzəltmədən də gediblər:  

“Hörmətli redaksiya!

Sizdən xahiş edirik ki, problemimizi işıqlandırın, bəlkə bundan sonra gəlib qazdıqları böyük çuxurları bağlayarlar.

Qeyd edek ki, biz qonşular, yolun bərbad halından bezərək, öz aramızda müəyyən bir məbləğ toplayıb, asfalt qırıqlarından yol saldırdıq. SOCAR-ın işçiləri boru çəkmək adı ilə gəlib bütün yolu darmadağın etdilər. 3 ay ərzində yolu bərbad hala saldılar.

Fikirləşirdik ki, yəqin işləri bitəndən sonra yolu əvvəlki halına salacaqlar. Lakin yolu qazdıqları kimi də qoyub getdilər.

Müraciət etmədiyimiz qurum qalmayıb, hər biri boynundan atır.

Bundan əlavə, ərazidə zibil qutuları 1 aydır ki, yığılmır. Çirkab və qoxu evlərə gəlir. Baxımsız, yaddan çıxmış bir ərazidə yaşayırıq”.

Əraziyə aid şəkillərin hər biri dediklərimizu sübut edir:

Jalə FAMİLQIZI

Redaksiyadan: Yazıda adları qeyd olunan qurumların mövqeyini dərc etməyə hazırıq.

 

Избранный
16
1
hurriyyet.az

2Источники