RU

YAP-ın regionun ən güclü partiyalarından birinə çevrilib - Deputat

“1992-ci il 21 noyabr tarixində Azərbaycanın siyasi səhnəsində yeni siyasi təşkilat – Yeni Azərbaycan Partiyası (YAP) yarandı. Həmin ağır və gərgin dövrdə Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə xalqın müdrik lideri Heydər Əliyevin şəxsiyyəti ətrafında sıx birləşdilər”.

Bu fikirləri Modern.az-a Milli Məclisin deputatı Ceyhun Məmmədov YAP-ın yaranmasının 32 illiyindən danışarkən bildirib.

“Həmin cəsarətli addımlar nəticəsində o dövr Azərbaycanda dağıdıcı proseslərin qarşısı alındı. Əgər həmin dövrdə Azərbaycanda bu qərar qəbul edilməsə, Ulu öndər yenidən hakimiyyətə gəlməsəydi, ölkəmiz qısa vaxtda çox ağır duruma düşə bilərdi. Bir tərəfdən daxili qarşıdurmalar, digər tərəfdən etnik separatçılıq meylləri ölkəni uçuruma aparırdı. Belə bir vəziyyətin qarşısını yalnız Ulu öndər Heydər Əliyevin müdrik siyasəti ala bilərdi.

Ulu öndər Heydər Əliyevin rəhbərliyi nəticəsində cəmiyyətimizin aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyası qısa zamanda inkişaf etdi, Onun özünün dediyi kimi: “Dünənin, bu günün və sabahın partiyası” adını qazanaraq qısa müddətdə bölgənin ən güclü partiyalarından birinə çevrildi”, - deputat qeyd edib.

C.Məmmədovun sözlərinə görə, sonrakı illərdə Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni inkişaf mərhələsinə qədəm qoydu. Partiyanın nüfuzu, üzvlərinin sayı daha da artdı:

“Bu gün Yeni Azərbaycan Partiyasının üzvləri Ulu öndərin siyasi xəttinə sadiq qalaraq onun siyasətini müasir dünyada aparmaq üçün bütün sahələrdə səylə çalışırlar. Bu siyasətə sadiqlik cəmiyyətimizdə yaşanan həmrəylikdən və Ulu öndərə olan ümumxalq sevgisindən xəbər verir. Azərbaycan durduqca, bu sevgi hər zaman insanların qəlbində yaşayacaq.

Heç şübhəsiz ki, bu gün Yeni Azərbaycan Partiyasının dövlətimizin siyasi həyatında özünəməxsus yeri var. Partiya Azərbaycandakı digər partiyalarla sıx əməkdaşlıq edir. Partiyanın fəaliyyətində siyasi dialoqun inkişafı prioritet istiqamətlərindən birini təşkil edir”.

Избранный
19
1
modern.az

2Источники