RU

"ABB İnvest İnvestisiya Şirkəti”nin dövriyyəsi - 6 DƏFƏ ARTIB

Bu ilin yanvar-oktyabr  aylarında “ABB İnvest İnvestisiya Şirkəti” QSC-nin əməliyyatlarının dövriyyəsi 40 milyard manat təşkil edib.

FED.az bu barədə Bakı Fond Birjasına istinadən xəbər verir.

Bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 33,5 milyard manat və ya 6,2 dəfə çoxdur.

Bu dövrdə investisiya şirkətinin ARMB qiymətli kağızları üzrə 105,5 milyon manat, dövlət istiqrazları üzrə dövriyyə 950,7 milyon  manat, korporativ istiqrazlar üzrə dövriyyə 132,5 milyon manat, səhm əməliyyatları üzrə dövriyyə 111,6 milyon  manat, repo əməliyyatları üzrə dövriyyə 38,7 milyard  manat təşkil edib.

Əməliyyat sayı isə 103 833 olub.

Əvvəlki illə müqayisədə  səhmləri üzrə dövriyyə 111,6 milyon manat (7228,7 dəfə), repo əməliyyatları üzrə dövriyyə 33,8 milyard manat (7,9 dəfə) artıb.

Əməliyyat sayında isə 102 min 433 ədəd və ya 73,6 dəfə artım qeydə alınıb.

Избранный
21
fed.az

1Источники