RU

"Yuventus" əsas hücumçusunu itirdi

İtaliyanın "Yuventus" klubunun əsas hücumçusu Duşan Vlahoviç sıradan çıxıb.

Fanat.Az yerli mətbuata istinadən xəbər verir ki, 24 yaşlı forvard UEFA Millətlər Liqasında Serbiya yığmasının heyətində Danimarkaya qarşı keçirdikləri oyunda (0:0) zədələnib.

Duşanın hansı müddətə sıraya dönəcəyi indilik açıqlanmayıb.

Qeyd edək ki, Vlahoviç 2022-ci ildən Turin təmsilçisində çıxış edir. 

Nihat

Избранный
17
fanat.az

1Источники