RU

Aİ Rusiyaya hərbi dəstək verən İrana sanksiyalarını artırıb

Avropa İttifaqı (Aİ) Ukraynada Rusiyaya hərbi dəstək göstərən İrana qarşı sanksiyaları genişləndirib. Avropa Komissiyasının bilgisinə dayanan AzadlıqRadiosu sanksiyaların İran şirkətlərinə, liman və fərdi şəxslərə şamil edildiyinə diqqət çəkir. Rusiya Ukraynada İranda hazırlanan ballistik raket və PUA-lardan yararlanır. Texnologiya və ehtiyat hissələrinin daşınmasında da İran Rusiyaya yardım göstərir.

Aİ sözügedən qərarını İranın Yaxın Şərq və Qırmızı dəniz bölgəsində silahlı qrup və təşkilatlara dəstəyi ilə də əlaqələndirib. Bu ölkənin limanlar və gəmiçilik təşkilatının başçısı Əli Səfaei Rusiyaya hərbi dəstəklə bağlı Qərb ölkələrinin dilə gətirdiyi ittihamları əsassız adlandırıb: "Amerikalılarla yanaşı, bir sıra Qərb təmsilçiləri də siyasi maraqları naminə yenidən yanlış və yalan bilgilər yayıblar".

Oktyabrın 14-də Aİ İranın yeddi fiziki və yeddi hüquqi şəxsinə qarşı eyni səbəblərdən sanksiya tətbiq etmişdi. Bunların arasında "IranAir" və digər iki aviaşirkətin də adı vardı.

Aviadaşıyıcıların maliyyə aktivləri dondurulub və onlara Aİ ölkələrinə uçuş yasaqlanıb.

İndiyədək insan haqlarının pozulmasına, nüvə silahını yaymaq fəaliyyətinə və Ukraynaya müdaxiləsində Rusiyaya hərbi dəstəyinə görə İranın 227 fiziki və 42 hüquqi şəxsi Aİ-nin sanksiyaları ilə üzləşib.

(AzadlıqRadiosu)

Избранный
12
musavat.com

1Источники