RU

Deputatdan veteran pulları ilə bağlı vacib TƏKLİF

“Müharibə veteranlarına verilən 80 manat müavinət heç olmasa, 20-30 manat artırılsın”.

Milli.Az xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov Hüquq siyasət və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Regional məsələlər komitələlərinin birgə iclasında 2025-ci ilin büdcə müzakirələri zamanı deyib.

“Hər dəfə bizi görəndə bu məsələni deyirlər. Bu vəsait onların kommunal xərclərinin ödənilməsinə verilmişdi. Qazın, suyun, avtobusun, metronun, liftin qiyməti qalxıb. Bu pul o vaxt təmin edirdi, indi təmin etmir. Bəlkə də onların 30 faizi adını sərhəd bölgəsinə yazdırıb. Amma həqiqətən də əziyyət çəkənlər, döyüşənlər var. Onların haqqı nəzərə alınsın”, – deyə komitə sədri bildirib.

Избранный
27
4
editor.az

10Источники