RU

İqlim dəyişikliklərinin təsirlərinin azaldılması üçün illik investisiyalar 18 dəfə artırılmalıdır - Dünya Bankı

Bakı. Trend:

İqlim dəyişikliklərinin təsirlərinin azaldılması üçün illikinvestisiyalar 18 dəfə artırılaraq, 260 milyard ABŞ dollarınaçatdırılmalıdır ki, 2030-cu ilə qədər aqrar-ərzaq sektorununemissiyaları yarıya endirilsin.

Trend xəbər verir ki, bunuDünya Bankının Kənd Təsərrüfatı və Ərzaq Departamentində iqliməyönəlmiş kənd təsərrüfatı üzrə qlobal lider Uilyam Satton COP29çərçivəsində keçirilən "Aqrar-ərzaq sisteminin transformasiyasınınmaliyyələşdirilməsi" mövzusunda panel müzakirədə bildirib.

"O qədər iqtisadi cəhətdən səmərəli tədbirlər var ki, 2050-ciilə qədər aqrar-ərzaq sistemində istixana qazı emissiyalarını ildə16 giqatondan çox azaldaraq, sıfır emissiyaya nail ola bilərik", -deyə o qeyd edib.

Onun sözlərinə görə, aqrar-ərzaq sektorunda iqlimdəyişikliklərinin təsirlərinin azaldılmasına yönəlmişmaliyyələşdirmə çox aşağı səviyyədədir və əhəmiyyətli dərəcədəartırılmalıdır.

"Ümumi iqlim maliyyələşdirilməsinin cəmi 4 faizi və təsirlərinazaldılmasına yönəlmiş maliyyələşdirmənin 2 faizi aqrar-ərzaqsektoruna ayrılır. Bunun nəticəsi olaraq, aqrar-ərzaq sektorundatəsirlərin azaldılmasına dair NDC-lər (Milli Səviyyədə MüəyyənEdilmiş Töhfələr) üzrə öhdəliklərin əksəriyyəti yerinəyetirilmir.

Təsirlərin azaldılması üçün maliyyələşdirmə imkanlarıəhəmiyyətli dərəcədə artırıla bilər və bu rəqəm ümumi həcmin 90faizinə qədər çata bilər. Aqrar-ərzaq sektorunun emissiyalarını2030-cu ilə qədər yarıya endirmək üçün illik investisiyalar 18 dəfəartırılaraq 260 milyard dollara çatdırılmalıdır", - deyə U.Sattonəlavə edib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrəÇərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının(COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Избранный
30
2
az.trend.az

3Источники